Luis Suares "İnter Mayami" ilə yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı uruqvaylı hücumçunun yeni müqaviləsi MLS turnirinin 2025-ci il mövsümünün sonuna qədərdir.
Qeyd edək ki, Luis Suares "İnter Mayami"nin heyətində 37 matça çıxaraq 25 qol vurub və 12 qolun ötürməsini edib.