"Barselona"nın ulduzu Lamin Yamal Avropanın ən yaxşı gənc futbolçusu seçilib.
İdman.biz xəbər verir ki, ispaniyalı oyunçu "Golden boy" mükafatına layiq görülüb.
Yamal İspaniya millisinin heyətində AVRO-2024-ün çempion titulunu qazanıb. O, turnirdə 1 qol və 4 ötürmə ilə komandasının uğur qazanmasıında böyük rol oynayıb.
Qeyd edək ki, 17 yaşlı futbolçu 2024/2025 mövsümündə 16 oyunda 6 qol vurub, 8 ötürmə verib.
İdman.biz