AZ

Rusiya Qazaxıstana 13 milyard dollar sərmayə qoyub - SƏFƏRİN TƏFƏRRÜATLARI

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan lideri Qasım-Jomart Tokayev noyabrın 27-də Astanada yeni qlobal nizam kontekstində strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.

Turkustan.az xəbər verir ki, imzalanma hər iki prezident arasında aparılan danışıqlardan sonra baş tutub.

Həmin gün səhər saatlarında Putin Qazaxıstana iki günlük səfərə gəlib və onu hava limanında Tokayev qarşılayıb. Görüşdə prezidentlər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər və Qazaxıstan lideri qeyd edib ki, Astana Moskvanın etibarlı strateji tərəfdaşı və müttəfiqi olaraq qalmaqdadır.

Nümayəndə heyətləri arasında aparılan danışıqlarda Rusiya prezidenti qeyd edib ki, Moskva ilə Astana dostdur və işgüzar əlaqələr saxlayır və iki dövlət arasında qarşılıqlı fəaliyyət ən dinamik şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, Rusiya Federasiyası Qazaxıstan iqtisadiyyatına 13 milyard dollar sərmayə qoyub və bu səfərin nəticəsi olaraq tərəflər müxtəlif istiqamətlərdə bir sıra sazişlər imzalayacaqlar .

Bundan əlavə, Putin və Tokayev rəssam Asel Sabirjankızının tablosunun açılışında iştirak ediblər. Kətan Rusiya Federasiyası ilə Qazaxıstan arasında dostluq körpüsünü təsvir edir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
26
turkustan.az

1Mənbələr