AZ

Yamal Avropanın ən yaxşı gənc futbolçusu oldu

“Barselona”nın və İspaniya yığmasının hücumçusu Lami Yamal Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçuya verilən “Qızıl oğlan” mükafatını qazanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliyanın bu mükafatı təqdim edən Tuttosport nəşrinin X sosial şəbəkə hesabında məlumat verilib.

Yamalın 17 yaşı var, bu il Avropa çempionatında o, turnirin ən gənc oyunçusu oldu (16 yaş 338 gün) və Avro tarixində ən gənc qol vuran (16 yaş 362 gün) kimi yeni rekorda imza atdı.
Yamal avronun ən yaxşı gənc oyunçusu olub.

Ötən il mükafat "Real Madrid"in və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhemə verilib.

Seçilən
31
ucnoqta.az

1Mənbələr