Bəs oyunu idarə edən polşalı referi Pavel Raçkovski nə dərəcədə obyektiv qərarlar verdi?
“Futbol+”in daimi ekspertlərindən Fariz Yusifov təkcə idarəçiliklə bağlı yox, ümumi danışdı:
“Yazın ki, fiaskodu. Belə oyuna şərh vermək utandırıcıdı. Yığma komandanın futbolçuları papaqlarını qabaqlarına qoyub fikirləşsinlər. Onların başı üzərində dalğalanan üçrəngli bayrağa layiq futbol oynamaq lazımdı. Hakimlikdən danışmayacam. Belə görürəndə 6:0 yaxşı qurtardılar. Ümumən sözümüz futbolçulara olmalıdı. Məşqçilik və ya hakimlik bir şey yoxdu. Ancaq 11 nəfər, ehtiyatda oturanlar papaqlarını qarşılarına qoyub fikirləşsinlər. Fiaskodu, başqa söz deyə bilmərəm”.
RÖYANƏ OĞUZ