
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Reyting.az-ın məlumatına görə, "Mercedes" və "VAZ" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, Əlimərdanlı kəndi ərazisində baş verən qəzada altı nəfər dünyasını dəyişib, bir nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.