AZ

İran nüvə proqramı üzrə fəaliyyətini bərpa etdi

İranın Atom Enerjisi üzrə Agentliyi rəhbəri zənginləşdirilmiş uran istehsalı üçün İranda təkmil qaz sentrifuqalarının işə salındığını elan edib.

Məhəmməd Eslami vurğulayıb ki, bu, Qərbin İran əleyhinə qətnamənin qəbuluna cavabdır. “Biz əvvəldən bəyan etmişdik ki, əgər üç Avropa ölkəsi əməkdaşlıq yolu tutmasa və qarşıdurmanı davam etdirsə, o zaman biz mütləq cavab tədbirləri görəcəyik”. Eyni zamanda, İAEA rəhbəri MAQATE-nin İranın sırf dinc xarakter daşıyan nüvə proqramına nəzarət etməsinə diqqət çəkib.

Xatırladaq ki, ötən cümə axşamı MAQATE-nin Rəhbərlər Şurası İslam Respublikasını bu təşkilatla kifayət qədər qarşılıqlı fəaliyyət göstərmədiyinə görə tənqid edən Qərb qətnaməsi qəbul edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
editor.az

1Mənbələr