AZ

Tovuzda ağır qəza - 6 nəfər ölüb - FOTO

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir.

Ölənlərin arasında hərbçilər də var.

Hadisə yerinə Tovuz RPŞ-nin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

APA



Seçilən
14
herbiand.az

1Mənbələr