“Volkswagen”, BMW, “Audi” və “Mercedes” mənfəətlərinin əhəmiyyətli dərəcədə azaldığını açıqladı
Almaniyanın ən böyük avtomobil istehsalçıları mənfəətlərinin kəskin azaldığını bildiriblər.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilin üçüncü rübündə “Volkswagen”in mənfəəti 64% azalaraq 1,58 milyard avroya düşüb. Bu, əsasən Çində satışların azalması və yenidən strukturlaşdırma xərclərinin artması ilə bağlıdır. “Volkswagen”, on minlərlə iş yerinin itirilməsinə səbəb olan Avropadakı üç zavodunu bağlamağı planlaşdırır.
“Biz rəqabətədavamlı qalmaq üçün səylərimizi artırmalıyıq. Burada hər hansı bir gecikmə məsuliyyətsizlik olardı”, - “VW Group”-un maliyyə direktoru Arno Antlits bildirib.
“Audi”nin gəliri əsasən Avropa, Çin və ABŞ-də satışların kəskin azalması səbəbindən 91% azalaraq 106 milyon avroya düşüb. Buna cavab olaraq şirkət 3000 işçiyə təsir edən Brüsseldəki zavodunu bağlamağı düşünür.