''Cim-Bom''un baş həkimi Yenər İncə jurnalistlərə bunları deyib:
''Mauronun zədə aldığı gündən etibarən zatən əməliyyat üçün 2-3 həftəlik bir zaman ayırmışdıq. Bu müddət ərzində onunla məsləhətləşərək əməliyyatı ilə bağlı detalları dəqiqləşdirəcəkdik. Belə də oldu. Hazırda Argentinadadı və əməliyyatı da orda baş tutacaq. Artıq klinikanı da seçmişik. Bazar ertəsi bıçaq altına yatacaq. Ona istəsə İstanbulda və ya dünyanın istənilən yerində əməliyyat oluna biləcəyini söylədik. Əslində Türkiyədə etdirmək planı var idi. Amma ailəvi və sosial səbəblərə görə Argentinanı seçdi. Əməliyyatdan sonra reabilitasiya dönəmini də orda keçirəcək. İsmail Yakobs ilə Kaan Ayhan da zədəlidi. Onlar ''Alkmaar''la oyunu buraxacaqlar. Ümid edirəm ki, Niderlandda zədəli oyunçuların siyahısına başqaları əlavə olunmayacaq''.
ƏLİ