Bakı. Trend:
Müdafiə Nazirliyi Tovuzda yol qəzasında ölənlərdən beşininhərbçi olduğu açıqlayıb.
Trend-ə Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənarvaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində AzərbaycanOrdusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhlimanoğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları başçavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu,çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev TuranCavad oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbiqulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığıverir, səbir diləyir.
Qeyd edək ki, Tovuzda "Mercedes" və "Vaz" markalı avtomobillərtoqquşub, nəticədə 6 nəfər ölüb.