Belçika yığmasının baş məşqçisi Domeniko Tedeskonun taleyinə sabah aydınlıq gələcək.
Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb.
Mənbənin məlumatına görə, Belçika Kral Futbol Assosiasiyasının (RBFA) idarə heyətinin sabahkı iclasında çalışdırıcının gələcək taleyi müzakirə olunacaq. Şura üzvlərinin Tedesko ilə əməkdaşlıqla bağlı yekun qərar verməsi gözlənilir.
Onun postundan uzaqlaşdırılacağı gözlənilir. Mənbə Belçika millisinin soyunub-geyinmə otağında hər kəsin “baş məşqçidən tamamilə üz çevirdiyini” vurğulayıb.
Tedesko 2023-cü ilin fevralından Belçika yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında komanda AÇ-2024-ün 1/8 finalına çıxıb və Millətlər Liqasının qrupunda 3-cü yeri tutub. Son 8 qarşılaşmada belçikalılar yalnız bir qələbə qazanıblar.
Mirağa