Yaxın Şərqdəki münaqişənin həllinə kömək etmək üçün hər cür imkana malik olan Birləşmiş Ştatlar nizamlanmada maraqlı olmadığı üçün öz öhdəliklərinə laqeyd yanaşır.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.
Belə ki, “Bu münaqişəyə həqiqətən təsir edə bilən dövlətlər, təəssüf ki, öz öhdəliklərinə laqeyd yanaşırlar. Mən ilk növbədə ABŞ-ni nəzərdə tuturam”, - deyə Medvedev vurğulayıb.