Pakistan Rusiya Federasiyasının dəstəyini görür və tezliklə BRİKS tərəfdaş ölkələrinə qoşulmağı gözləyir.
Axar.az xəbər verir ki, bunu TASS-a Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq deyib.
Sadiq qeyd edib ki, İslamabad buna çalışır və Moskva bu yolda onu dəstəkləyir.
“Bəli, Rusiya bizi BRİKS-də dəstəkləyir və ümid edirəm ki, biz tezliklə BRİKS-ə tərəfdaş kimi qoşulacağıq”, - o vurğulayıb.