AZ

Tayson uduzdu və ...rinqdən çəkilməyəcəyini dedi

Ötən həftə bütün boks və qaydasız döyüş həvəskarlarını maraqlandıran hadisə baş verdi.

Texas ştatının Arlinqton şəhərində keçirilən döyüşdə videobloger Ceyk Pol ilə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson üz-üzə gəldi. 8 raund sürən döyüşün sonunda hakimlər yekdilliklə qələbəni Pola verdi: 80-72, 79-73, 79-73.

27 yaşlı Pol peşəkar rinqdəki 11-ci qələbəsini qazandı (bir məğlubiyyəti var). 58 yaşlı Tayson isə 7-ci dəfə məğlubiyyətlə barışdı (44-ü nokautla olmaqla 50 qələbəsi də var). Tayson döyüşdən sonra belə dedi:

“Belə hadisənin baş verməsinə təəccüblənmədim. Kiməsə nəyisə sübut etməyə çalışmadım, bu döyüş alındığına görə, sadəcə, sevinirəm. Pol yaxşı döyüşçüdü. Bu karyeramın sonudu? Şəraitdən asılıdı. Bunun sonuncu döyüşüm olduğunu düşünmürəm”.

Polun da fikirləri ilə tanış olun:

“Hər şeydən əvvəl Mayka hörmətimi bildirmək istəyirdəm. Əfsanədi, o olmasaydı, biz də burda olmazdıq. Ağır döyüş idi. Onu nokauta salmağa çalışdımmı? Rəqibə ağrı verməyə çalışdım, ancaq özüm də onun bunu bacaracağından qorxurdum”.

Taysonun təmsilçilərindən biri isə 58 yaşlı boksçunun döyüşdən sonra dərinləşdirilmiş tibbi müayinədən keçəcəyini bildirib:

“Onun 58 yaşı var, bu yaşda heç bir zərbə fəsadsız ötüşmür. Onsuz da sağlıq durumu ilə bağlı problemlər var. Mayk hələ də döyüşmək istəyir. Növbəti döyüşü 2025-ci ildə keçirə bilər. Rəqiblə bağlı məsələyə daha sonra baxılacaq”.

Bu arada UFC-nin sabiq çempionu Konor Makqreqorun Pol – Tayson döyüşünə görə ciddi ziyana düşdüyü məlum olub. Taysonun qələbəsi üçün pul qoyan irlandiyalı döyüşçü məğlubiyyət üzündən 1 milyon dollar uduzub.
Seçilən
19
football-plus.az

1Mənbələr