AZ

ABŞ Venesuelanın 21 yüksək vəzifəli məmuruna qarşı sanksiya tətbiq edib

ABŞ Venesuelanın 21 yüksək vəzifəli məmuruna qarşı sanksiya tətbiq edib

Birləşmiş Ştatlar Venesuelanın 21 yüksək vəzifəli məmuruna iyulda keçirilən prezident seçkilərindən sonra etirazların yatırılmasındakı "roluna görə" sanksiya tətbiq edir.AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Venesuela prezidenti Nikolas Maduronun seçkidə qalib gəldiyini iddia edərək, sonuncunu “demokratik normaları pozmaqda” ittiham edib.“Birləşmiş Ştatlar müxalifət lideri Edmundo Qonzalesin qalib gəldiyini bəyan edir və onu seçilmiş prezident adlandırır. Bu təkcə Nikolas Maduronu məsuliyyətə cəlb etməkdən ibarət deyil”, – administrasiya rəsmisi jurnalistlərə deyib.“Repressiv taktika əsasında onun rejimini dəstəkləmək üçün qeyri-qanuni fəaliyyət göstərən məmurlar da bu sanksiyaların hədəfinə çevriləcək”, - deyə o, əlavə edib.Administrasiya rəsmisi ABŞ-ın Maduro ilə əlaqəli bir sıra məmurlara da viza məhdudiyyətləri tətbiq edəcəyini bildirib.

Seçilən
28
afn.az

1Mənbələr