AZ

Çempionlar Liqasında 100 qol vurdu, Ronaldo və Messiyə çatdı

“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında qol sayını 100-ə çatdırıb.

Sportinfo.az xəbər verir ki, polşalı forvard buna 5-ci turunun “Brest”lə oyununda penaltini dəqiq yerinə yetirərək nail olub.

Bununla da o, ÇL-də 100 qol həddinə çatan 3-cü futbolçu olub.

Əvvəllər bu göstəriciyə yalnız Kriştiano Ronaldo (140) və Lionel Messi (129) nail idi.

36 yaşlı futbolçu 100 qolu 125 matçda vurub.

Seçilən
10
sportinfo.az

1Mənbələr