AZ

Satışa dəstək şöbəsinin mütəxəssisi - VAKANSİYA

"Xalq Bank" ASC, Korporativ satış İdarəsinin Satışa dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Təsvir:

  • Müştərilər üçün nəzərdə tutulan bank məhsullarının və xidmətlərinin genişləndirilməsi məqsədilə potensial və mövcud müştərilərin fəaliyyətinin müxtəlif meyarlarını təhlil etmək;
  • Aparılmış təhlillərin nəticəsinə əsasən müştərilər üçün güzəştli tarif dərəcələrinin tətbiqinə, o cümlədən məhsul və xidmətlərin yaradılmasına dair təkliflər hazırlanmaq;
  • Müştərilərin bank xidmətlərinə olan ehtiyaclarını müəyyən etməklə həmin ehtiyaclara uyğun olaraq məhsulların satışının həyata keçirilməsini təmin etmək və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımlar atmaq;
  • Müştərilər üçün nəzərdə tutulan bank məhsulları və xidmətlərinin satışı üzrə hesabatlar hazıralmaq;
  • İdarə rəisinin bu sahə üzrə verdiyi tapşırıqları yerinə yetirmək.
  • Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
  • Görülmüş işlər üzrə hesabat vermək.

Tələblər:

  • Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
  • Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə satış bacarığı;
  • Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
  • Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
76
fins.az

1Mənbələr