AZ

Türkiyədən Gürcüstana elektrik avadanlıqları ixracı 10,2 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Gürcüstana elektrik avadanlıqları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq 143,4 milyon dollar olub.

Fins.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyi bildirib.

Nazirlikdən verilən məlumata görə, yalnız 2024-cü ilin oktyabr ayında Türkiyə Gürcüstana 16,5 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,9 faiz artım nümayiş etdirir.

Bundan əlavə, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 13,7 milyard dollar olub. Oktyabr ayında isə bu göstərici 1,5 milyon dollar olub ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 10,2 faiz artım təşkil edir.

Bundan başqa, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyənin elektrik avadanlıqları ixracı 16,6 milyon dollar olub.

Fuad Mədətov
Fins.az

Seçilən
15
25
fins.az

10Mənbələr