Bakı. Trend:
ABŞ Federal Ticarət Komissiyası Amerikanın "Microsoft"texnologiya korporasiyasına qarşı genişmiqyaslı antiinhisararaşdırmasına başlayıb.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" mənbələrəistinadən bildirib.
Məlumata əsasən, istintaq "Microsoft"un istifadəçiləri buludtəkliflərinə bağlamaq üçün ofis paketi və təhlükəsizlikproqramından mümkün istifadəsinə yönəlib. Korporasiya böyük birdövlət podratçısı olduğundan və müxtəlif qurumlarla, o cümlədənPentaqonla, milyardlarla dollar dəyərində müqavilələr bağladığıüçün “Microsoft"un kibertəhlükəsizlik sahəsində uğursuzluqları” dakomissiyanın narahatlığına səbəb olub.
Komissiya hesab edir ki, bu, "["Microsoft"un] bazar üzərindəkigücünü problemli edir".