AZ

Yer kürəsini maqnit qasırğası vuracaq

Noyabrın 29-da Yer kürəsində 6 bal gücündə maqnituda qasırğası gözlənilir...

Poliqon xəbər verir ki, bu barədə İKI və ISTP-nin Günəş astronomiya laboratoriyasının mütəxəssisləri təşkilatın saytında məlumat veriblər.

Xəbərdə qeyd edilir ki, noyabrın 28-nə keçən gecəyə yaxın Yer kürəsini G1 səviyyəli zəif maqnit qasırğası vuracaq. Noyabrın 29-da Bakı vaxtı ilə saat 7:00-dan sonra planet saat 13:00-a qədər davam edəcək G2 səviyyəsinin daha güclü altı ballıq maqnit dalğası ilə əhatə olunacaq.

Laboratoriya mütəxəssislərinin fikrincə, noyabrın 29-da maqnit qasırğası ehtimalı 20%, güclü maqnit qasırğası ehtimalı 40% təşkil edir.

Dekabr ayı üçün proqnoz göstərir ki, cümə günü baş verən maqnit qasırğasından sonra maqnitosfer demək olar ki, 2024-cü ilin sonuna qədər sakit vəziyyətdə qalacaq.

Poliqon.info

Seçilən
18
2
poliqon.info

3Mənbələr