AZ

Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR

11 yanvar 2025-ci il saat 10.30-da “Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, iclasın gündəliyindəki məsələlər aşağıdakıladır:

1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.

2. Cəmiyyətin qalıq əmlakının (pul vəsaitinin) səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.

3. Cəmiyyətə məxsus səhmlərinin ləğv edilməsi və dövriyyədən çıxarılması.

4. Digər məsələlər.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək tanış ola bilərlər.

Əlaqə telefonu- 051–306–66–98.

Ünvan- Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi 3 .

Seçilən
16
1
fed.az

4Mənbələr