Bu gün UEFA Avropa Liqasının V turunda Azərbaycanın "Qarabağ" klubu Fransanın "Lion" komandasını qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, böyük maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Aktivində yeddi xalı olan "Lion" turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. "Qarabağ" üç xalla 29-cudur.
28 noyabr
UEFA Avropa Liqası
V tur
Saat 21:45, "Qarabağ" - "Lion"
Tofiq Bəhramov adına Respublika stadionu
Müəllif: Teleqraf.com