AZ

Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Meksika Prezidenti Klaudiya Şeynbaumun ona ölkəsi ilə sərhəddən Birləşmiş Ştatlara daxil olan qanunsuz miqrantların axınına təsir göstərəcəyinə söz verdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə amerikalı siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndicə Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumla əla telefon söhbətim oldu. O, Meksikadan ABŞ-yə miqrasiyanı dayandırmağa, faktiki olaraq cənub sərhədimizi bağlamağa razılaşdı. Biz həmçinin narkotik qaçaqmalçılığını və ABŞ-də bu narkotiklərin istifadəsini dayandırmaq üçün nə edilə biləcəyini müzakirə etdik. Bu çox məhsuldar söhbət oldu”, – o qeyd edib.

Tramp əlavə edib ki, Meksika “insanların ABŞ-nin cənub sərhədinə keçməsini dayandıracaq”. Respublikaçının sözlərinə görə, bu tədbir “dərhal qüvvəyə minir”.

Seçilən
19
5
ikisahil.az

6Mənbələr