AZ

“Qarabağ”ın oyunçusu Bakıda təxribatçı suallar verən fransız jurnalistləri necə susdurdu?

Avropa Liqasının V turunun "Qarabağ" - "Lion" matçı ərəfəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Sportinfo.az xəbər verir ki, mətbuat konfransına qatılan fransalı jurnalistlər "Qarabağ"ın yarımmüdafiəçisi, vaxtilə "Lion"da çıxış etmiş Yassin Benziaya təxribat xarakterli suallar ünvanlayıblar.

Jurnalistlər əlcəzairli legionerə "Qarabağ"dakı çıxışı, klubun adının mənşəyi ilə bağlı suallar veriblər. Yassin Benzia isə cavabında deyib:

"Qarabağ"ın adı hamı üçün xüsusi məna kəsb edir. Biz isə bu ada layiq çıxış etməyə çalışırıq.

Adın xüsusi mənasından danışarkən komandanın özünün Qarabağdan, vaxtilə müharibə gedən bölgədən olduğunu nəzərdə tuturdum.

Amma məcbur qalıb Bakıda məskunlaşıb. Sözlərimdə heç bir altməna axtarmağa ehtiyac yoxdur!

Müdrik məşqçimiz var və işimiz meydana çıxıb oynamaqdır. Biz burada ailə kimiyik.

Özümü öz ölkəmdə və öz evimdəki kimi hiss edirəm. Məşqçilərimiz və rəhbərlərimiz bizi də, ailələrimizi də daim diqqətdə saxlayırlar".

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də başlayacaq.

Seçilən
3
1
sportinfo.az

2Mənbələr