Noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində “Opel” markalı avtomobillə motosiklet toqquşub.
Modern.az-ın məlumatına görə, nəticədə motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Natiq Abdullayev və sərnişini, 1978-ci il təvəllüdlü Mehman Camalov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.