AZ

Azərbaycan Şahmat Federasiyası Naxçıvandakı bu problemi 20 il görmədi?..

Image

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb. Bununla bağlı qurumun rəsmi feysbuk hesabında paylaşım edilib. Əsası 2002-ci ildə qoyulan federasiya noyabrın 26-dan fəaliyyətini dayandırıb və ləğv olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi.

Məlumdur ki, son illər Naxçıvanda bir neçə strukturun fəaliyyəti dayandırılıb. Fəaliyyəti dayandırılan qurumlardan biri də Naxçıvan Şahmat Federasiyasıdır. 

Maraqlıdır, fəaliyyəti dayandırılan Şahmat Federasiyası Azərbaycan Şahmat Federasiyasına tabe idi? Adıçəkilən federasiya fəaliyyətini niyə dayandırdı? 

Azərbaycan Şahmat Federasiyası: “Onlar ayrı bir qurum idi, bizimlə bağlılığı yox idi”

Azərbaycan Şahmat Federasiyasından “Bakı-Xəbər”ə bunlar bildirildi: “Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası  Azərbaycan Şahmat Federasiyasına bağlı bir qurum deyil. Onlar ayrı bir qurum idi, bizimlə bağlılığı yox idi. Federasiyanın fəaliyyətini dayandırması onların şəxsi qərarı idi”.

Gənclər və İdman Nazirliyi: “Bu qurum federasiyanın öz qərarı ilə ləğv edilib”

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, bu qurum federasiyanın öz qərarı ilə ləğv edilib: “Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub. Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də, ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək”.

Günel CƏLİLOVA





Seçilən
20
baki-xeber.com

1Mənbələr