AZ

Adil Kərimli beynəlxalq konfransda çıxış etdi

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) X Qlobal Forumu çərçivəsində noyabrın 27-də "Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda çıxış edib.

Nazir konfransda təqdim olunan UNAOC-un “Dini Yerlərin Qorunması üzrə Fəaliyyət Planı: Təhlükəsiz və Dinc İbadət üçün Birlik və Həmrəylikdə” adlı hesabatını yüksək qiymətləndirib, Fəaliyyət Planının dini məkanlara qarşı dözümsüzlüklə mübarizədə ən əhatəli sənədlərdən biri olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan Respublikası adıçəkilən Fəaliyyət Planında qeyd olunan mədəniyyətlərarası dialoq üzrə altı ümumdünya forumuna və dini liderlərin üç qlobal sammitinə ev sahibliyi edib. Bundan əlavə, Azərbaycan həm yerli, həm də beynəlxalq miqyasda mədəni və dini irsin qorunmasına öz töhfəsini verir.

Seçilən
12
11
publika.az

10Mənbələr