1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsmayıllıda inzibati bina yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İsmayıllı rayonunun Hacıhətəmli kəndində ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli 8 otaqdan ibarət inzibati binanın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.