AZ

Ötən ay zəhərlənənlərin sayı məlum oldu - Ölənlər var

Bakı. Trend:

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiyaşöbəsinə zəhərlənmə səbəbilə 93 nəfər qəbul edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzinmətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfərdərmandan, 20 nəfər sirkə turşusundan, 5 nəfər göbələkdən, 4 nəfərilan sancmasından, 4 nəfər botulizmdən, 4 nəfər etanoldan, 1 nəfərlayelladan zəhərlənən şəxslərdir:

"Həmçinin, onlardan 6-sı allergik reaksiya, 3-ü fosfor üzvibirləşmələrdən, 2-si dəm qazından zəhərlənmə, 2 nəfər isə həşəratsancması səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusundan (2 nəfər), layella sindromu (1nəfər) və göbələk zəhərlənməsindən (1 nəfər) qeydə alınıb".

Seçilən
8
19
az.trend.az

10Mənbələr