AZ

“Oreshnik”in gücü Xirosimaya atılan bombadan 45 dəfə çoxdur

Yazını böyüt
Yazını kiçilt

Rusiya beynəlxalq gündəmi silkələyən “Oreşnik” (Fındıq ağacı) adlı ballistik raketlə bağlı ilk dəfə olaraq bəzi məlumatları rəsmi olaraq ictimaiyyətlə bölüşüb.

Hafta.az-ın yazdığına görə, müvafiq olaraq, yeni hipersəs ballistik raket "Oreshnik" nüvə başlığı daşıyarkən ümumi gücü 900 kiloton təşkil edə bilər. Bu, 1945-ci ildə Xirosimaya atılan atom bombasının gücündən 45 dəfə çoxdur.

Hökumətin “Obyasnyaem.rf” portalında paylaşılan məlumata görə, raket 5500 kilometrə qədər uçuş məsafəsi, 10 Mach (təxminən 12400 km/saat) sürəti və 1,5 ton döyüş başlığı tutumu ilə diqqət çəkir.

Mütəxəssislərin fikrincə, bu raket yalnız uçuşunun ilkin mərhələsində dayandırıla bilər, son mərhələdə maksimum sürətə çatdıqda, onun qarşısını almaq mümkün deyil.

Portalda “Oreşnik”in NATO hədəflərinə çatması üçün sərf olunan vaxt da paylaşılıb. Raketin ABŞ-ın Polşadakı raketdən müdafiə bazasına 11 dəqiqəyə, Almaniyadakı Ramşteyn aviabazasına 15 dəqiqəyə və NATO-nun Belçikadakı qərargahına 17 dəqiqəyə çata bildiyi qeyd olunub.

Raketin dizaynında sovet texnologiyalarına əməl edilmədiyini bildirən Prezident Vladimir Putin "Oreşnik"in tamamilə müasir rus mühəndisliyi ilə hazırlandığını və strateji raket qüvvələrinin kütləvi istehsalına başlanıldığını açıqladı.

Putin noyabrın 21-də bəyan edib ki, “Oreşnik” raketi Ukraynanın Dnepr şəhərində keçmiş sovet dövründən qalma hərbi istehsal kompleksinə qeyri-nüvə hücumunda istifadə olunub. Bu hücum Ukraynanın Rusiyanın Bryansk və Kursk vilayətlərinə Qərb istehsalı olan ATACMS kimi uzaqmənzilli raketlərdən istifadə edərək hücumlarına cavab idi. Putin həmçinin bəyan edib ki, “Oreşnik”in inkişafı və sınaqları təhlükəsizlik təhdidlərinin xarakterindən asılı olaraq davam edəcək.

Seçilən
9
hafta.az

1Mənbələr