AZ

ABŞ İsrailə 680 milyon dollarlıq hərbi yardım paketi ayıracaq - “Financial Times”

ABŞ administrasiyası İsrailə 680 milyon dollarlıq yeni silah satışını təsdiqləməyə hazırlaşır.

Missiya.Az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ABŞ Konqresindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ rəsmiləri bu yaxınlarda Konqresə minlərlə birgə birbaşa hücum sursatının İsrailə göndərilməsini təsdiqləyəcəkləri barədə qeyri-rəsmi məlumat veriblər.

Xəbərdə İsrailin baş naziri Binyamin Netanyahunun bu silahların təsdiqini "İsrail-Livan atəşkəs üçün şərt" olaraq gördüyü və Baydenin silah satışına yaşıl işıq yandırmasından sonra İsrailin müqaviləni imzaladığı iddia edilib.

ABŞ rəsmiləri isə silah satışı prosesi ilə atəşkəs razılaşması arasında birbaşa əlaqənin olmadığını müdafiə ediblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr