Bu gün Cəlilabad rayonunda 24 yaşayış məntəqəsinin qaz təchizatının saat 10:00-dan etibarən dayandırılması planlaşdırılır.
Sabah.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Məlumata əsasən, buna səbəb "Qaz İxrac“ İdarəsi tərəfindən Cəlilabad rayonu ərazisində yerləşən “Günəşli” QPS-də ölçü qovşağında nasaz kürəvi kranın əvəzlənməsi və 2 ədəd kranın təmir edilməsidir.