AZ

İsrail Beynəlxalq Cinayət Məhkəməsinə etiraz edir

İsrail

İsrail Baş Nazirlik Ofisi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında həbs qərarına etirazını bildirib.

Reyting.az
-ın məlumatına görə, İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamada bildirilir ki, İsrailin müraciətində həbs qərarının absurd olduğu, heç bir faktiki və hüquqi əsasının olmadığı ətraflı şəkildə izah edilib.

İsrail bəyan edir ki, BCM etirazı rədd edərsə, bu, yalnız BCM-nin İsrailə qarşı nə qədər qərəzli olduğunu göstərəcək.

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək həbslərinə order verib. Bununla belə ABŞ, Böyük Britaniya, Macarıstan və Avstriya qərarı icra etməyəcəklərini bəyan ediblər, İtaliya isə bitərəf qalıb.

ELÇİN
Seçilən
19
reyting.az

1Mənbələr