AZ

“Yaşıl” keçidə dəstək

İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə birgə hazırladığı və COP29-a təqdim etdiyi “Yaşıl artım portalı” ölkələrə və investorlara “yaşıl” keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı bildirib ki, Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılan interaktiv alət “yaşıl” dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir: “Yaşıl artım portalı” karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq “yaşıl” artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək”.

Seçilən
10
8
xalqqazeti.az

10Mənbələr