AZ

Antalyada yanan təyyarənin sərnişinlərini xilas edən azərbaycanlı aviaşirkətdən şikayətçidir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Antalya şəhərində yanan Rusiya təyyarəsinin sərnişinlərini xilas etməklə gündəmə gələn soydaşımız Sultan Sultanov reysi həyata keçirən "Azimut" aviaşirkətindən narazılığını bildirib.
Oxu.Az xəbər verir ki, S.Sultanovun şikayətini "RIA Novosti" agentliyi dərc edib.
Belə ki, insident səbəbindən S.Sultanov Türkiyədən Misirə uçan təyyarəyə gecikib. Soydaşımız kömək üçün "Azimut" aviaşirkətinə müraciət edib. Lakin şirkətdən bildiriblər ki, 100 min rubl (1 500 manat) kompensasiyadan savayı digər reyslərə gecikən sərnişinlərə heç bir yardım göstərilməyəcək.
S.Sultanov isə qeyd edir ki, onun məqsədi aviaşirkətdən əlavə maddi yardım almaq deyil, sadəcə olaraq, hesab edir ki, aviaşirkət təhlükə ilə üz-üzə qalan sərnişinlərə mənəvi dəstək olmalıdır.
Xatırladaq ki, ötən gün Rusiyanın Krasnodar diyarında yaşayan soydaşımız Sultan Sultanov Türkiyənin Antalya şəhərində yanan Rusiya təyyarəsinin sərnişinlərini xilas edib.
Belə ki, Rusiyanın "Azimut" aviaşirkətinə məxsus sərnişin təyyarəsi noyabrın 24-də Türkiyənin Antalya şəhərinə eniş edərkən alovlanıb. Krasnodar sakini olan həmyerlimiz Sultan Sultanov sərnişinlərin təxliyə olunmasına kömək edib. O, eyni reyslə uçurmuş və yanğın başlayandan sonra gənc stüardessanın təşviş içində olduğunu, təcili çıxış qapısını aça bilmədiyini görüb. S.Sultanov qapını açmağa kömək edib və ekipaj üzvləri ilə birlikdə uşaqları və böyükləri yanan təyyarədən çıxarıb.
Seçilən
10
3
oxu.az

4Mənbələr