AZ

Türkiyə klubları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində V turun oyunları keçiriləcək.

"Unikal" xəbər verir ki, Türkiyə təmsilçiləri də Liqa mərhələsində növbəti matçlarına çıxacaqlar.

"Qalatasaray" Niderlandda "AZ Alkmaar"ın qonağı olacaq. "Beşiktaş" İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə qarşılaşacaq. Siyasi məsələlərə görə bu görüş Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda oynanılacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

"Fənərbağça" isə Çexiyada "Slaviya" (Praqa) komandası ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" 10 xalla 3-cü, "Beşiktaş" 6 xalla 18-ci, "Fənərbağça" isə 5 xalla 21-ci sırada qərarlaşıb.

Seçilən
16
38
unikal.az

10Mənbələr