AZ

Tramp hərbi təcrübəsi olmayan biznesmeni Dəniz Qüvvələrinin rəhbəri təyin edəcək

Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp hərbi təcrübəsi olmayan iş adamı Con Felanı ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri təyin etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə The Hill nəşri yazıb.

"Con bizim Hərbi Dəniz Qüvvələrimizin şəxsi heyəti üçün böyük bir qüvvə və mənim "Öncə Amerika" baxışımı inkişaf etdirməkdə sarsılmaz lider olacaq. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin işini hər şeydən üstün tutacaq", deyə Tramp özünün "Truth" sosial şəbəkəsində qeyd edib.

Con Felan Floridada özəl kapital şirkəti olan "Rugger Management LLC"nin təsisçisi və rəhbəridir. O, həmçinin "MSD Capital" özəl investisiya şirkətinin idarəedici tərəfdaşı olub.

Maraqlıdır ki, Con Felan orduda xidmət etməyib. Lakin biznesmen Tramp kampaniyasının və Respublikaçılar Partiyası ilə əlaqəli digər komitələrin donorudur.

Federal Seçki Komissiyasının (FCC) sənədlərinə görə, aprel ayında o, Trampın birgə maliyyə toplama komitəsi olan "Trump 47"yə 834,600 dollar ianə edib. Qəzet yazır ki, Con Felan 2024-cü il seçki dövrü ərzində müxtəlif dövlət GOP filiallarına da ianələr edib.

"Onun uğur rekordu Amerika sahibkarlığının və ixtiraçılığının əsl çempionu kimi öz sözünü deyir. Conun zəka və liderlik keyfiyyətləri heç kimdən aşağı deyil. Onun inanılmaz biliyi və təcrübəsi millətimizə xidmət edən cəsur amerikalıların həyatını yaxşılaşdıracaq. Con buna nail olacaq. Hərbi Dəniz Qüvvələrimiz və ölkəmiz üçün real nəticələr gözləyirəm", deyə Tramp bildirib.

Onun ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsinə namizədliyi Senatın təsdiqini tələb edəcək. Respublika Partiyası gələn il orada çoxluğa sahib olacaq.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr