AZ

Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır

2024-cü ilin üçüncü rübünün sonunda Rusiyada kadr çatışmazlığı daha bir rekorda çatıb - bir işsiz adama beş vakansiya düşür.

Musavat.com ng.ru saytına istinadla xəbər verir ki, işçi qüvvəsi çatışmazlığının rublun devalvasiyası və anti-immiqrant reydləri səbəbindən Rusiya Federasiyasından miqrantların öz vətənlərinə qayıtmasına görə daha da pisləşəcəyi ehtimal edilir.

2024-cü ilin oktyabrında Nijni Novqorod vilayətindən 500-dən çox qeyri-qanuni miqrant çıxarılıb. Üç yeni vətəndaş hərbi komissarlığa aparılaraq hərbi qeydiyyata alınıb, bir nəfər isə dərhal müharibəyə aparılıb. Amur vilayətində Mərkəzi Asiyadan olan 9 miqrantın ölkədən çıxarılması barədə qərar qəbul edilib.

Leninqrad vilayətində və Sankt-Peterburqda son reydlər nəticəsində 40 nəfər hərbi qeydiyyata alınıb, 21 mindən çox miqrantı leqallaşdıran qeyri-qanuni miqrasiyanın təşkilatçısı saxlanılıb. Nijni Novqorod, Amur və Leninqrad vilayətləri işçi qüvvəsi çatışmazlığının rəsmi göstəricilərinə görə liderdir. Müstəqil iqtisadçıların hesablamalarına görə, bu üç sahədə hər bir potensial işaxtaran üçün 22-dən 28-ə qədər elan edilmiş vakant yer var.

2024-cü ilin üçüncü rübünün sonunda Rusiyanın əksər federal subyektlərində işçi çatışmazlığı var. Yalnız dörd regionda rəsmi işsiz vətəndaşların sayı çoxdur. Bunlar İnquşetiya, Çeçenistan, Tıva və Dağıstandır.

Bütövlükdə Rusiya müəssisələrində 2 milyona yaxın işçiyə ehtiyac var. 392 min adam iş axtarmaq üçün məşğulluq xidmətlərinə müraciət edib, onların hamısı təklif olunan işlərə qane olub, işləməyə başlasalar, bu, müəssisələrin kadr çatışmazlığını cəmi 20% aradan qaldıracaq.

Bununla belə, elə dünən Dövlət Dumasına təqdim olunan anti-miqrant layihəsində əmək mühacirlərinin hüquqlarının sıfıra endirilməsi, başqa sözlə, onların köləyə çevrilməsini nəzərdə tutan müddəalar var. Bu qanunun qəbulundan sınra Rusiyadan miqrant axını daha da güclənəcək və Rusiyanın əmək bazarında işçiyə olan ehtiyac daha da artacaq.

Musavat.com

Seçilən
13
1
musavat.com

2Mənbələr