Bayden Administrasiyası Ukraynaya 725 milyon dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Belə ki, ABŞ Ukraynaya tank əleyhinə silahlar, PUA-lar, Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) və s. kimi döyüş vasitələri göndərəcək.
Vurğulanıb ki, yarım paketinə əlavələr də ola bilər. Qeyd olunur ki, bu barədə rəsmi açıqlama dekabrın 2-də veriləcək.
Məlik,
KONKRET.az