AZ

Rusiya və İran robotlar üçün süni intellekt alqoritmlərini birgə hazırlayacaq

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi-Tədqiqat Mexanika İnstitutu və İran Elm və Texnologiya Universiteti (İUST) birlikdə robot sistemləri üçün müasir idarəetmə alqoritmlərini hazırlayacaqlar...

Poliqon xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Elmi-Tədqiqat İnstitutunun Ümumi Mexanika Laboratoriyasının aparıcı mühəndisi Anton Roqaçev Gənc Alimlərin IV Konqresinin kuluarlarında TASS Agentliyinə bildirib. Roqaçev qeyd edib ki, Rusiyaİran alimlərinin əməkdaşlığı universitetlərin bağladığı müqavilənin tərkib hissəsi olacaq.

Alim qeyd edib ki, iranlı tədqiqatçılar, xüsusən, tarazlaşdırılan iki təkərli robot və Moskva Dövlət Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış “Mors” yeriyən robotu üçün yeni idarəetmə alqoritmlərini sınaqdan keçirmək niyyətindədirlər. Gələcəkdə bu platformalar mədənlərə, istehsalat obyektlərinə, tikinti sahələrinə və elektrik stansiyalarına nəzarət edən robot nəzarətçilərin, ofisiantların və ya robotların yaradılması üçün əsas ola bilər.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr