Səssiz laboratoriya
Bədənimizdə hər an səssizcə çalışan, bizi həyatda saxlayan bir laboratoriya var – qaraciyər.
O, heç vaxt dayanmır, yorulmur, şikayət etmir.
Əksinə, öz əvəz olunmaz işi ilə bizə sağlamlıq, güc və həyat bəxş edir.
Qaraciyər, həyatımızın arxa səhnəsində möcüzələr yaradan səssiz qəhrəmandır.
O, gah zəhərləri yox edir, gah qanı təmizləyir, gah da bədəni təhlükələrdən qoruyur.
Gözə görünməz, 1,5-kq çəkisi ilə 40 triliyon hüceyrəyə həyat bəxş edir.
Bu əza bənzərsiz bir kimyagərdir.
O, qarışıq maddələri sadələşdirir.
Digər tərəfdən də mürəkkəb zülallar istehsal edir.
Enerji üçün ən təməl maddələri ərsəyə gətirir.
Biz yemək yeyərkən o, çalışaraq Rəbbə şükr edir.
Biz nəfəs alarkən o, həyatımızı analiz edir.
Bədənimizin rəngli qalası.
Divarları qanla boyanmış ilahi sistem; sağlamlığımızın zəmanətçisi...
Öd mayesi – onun ən dəyərli xəzinəsi... bağırsaqlara axıb yağları əridir, damar borularını təmizləyir.
Onlarla dərdə dərman olur;
Bu əza çox zərifdir, incidilməkdən qorxur. Ona edilən hər səhv bağrında dərin yara açır.
40-dan sonra susaraq çalışsa da, həmişə bağışlamır.
Gecələr ağlayır, amma bizi oyatmır.
Şikayəti isə çox ağır olur.
Həyatımızın bu kimyagərinə sevgi göstərmək borcumuzdur.
Çünki o, bədən ölkəmizin səssiz qəhrəmanıdır.
Görünməz əlləri ilə varlığımızı bəsləyir.
Yaradan onu qara bir almaz kimi içimizdə var edib.
Hər zərrəsində möcüzə, hər toxumasında səbir gizləyib.
Tin surəsi 4-cü ayə “Biz, həqiqətən, insanı ən gözəl biçimdə yaratdıq”.
Allah Şafi ismi xatirinə bütün xəstələrə şəfa versin!
İlahiyyatçı Ağa Hacıbəyli