7500 yaşı olan zəhər aşkar edilib
Afrikalı arxeoloqlar çox qədim dövrlərdə yaşamış insanların istifadə etdikləri 7500 il yaşı olan ov zəhəri aşkar ediblər.
Reyting.az-ın məlumatına görə, bir müddət öncə Cənubi Afrikada fəaliyyət göstərən yerli arxeoloqlar tarixi qədim olan Kruqer mağarasını araşdıran zaman müasir elm aləmində yenilik sayıla biləcək unikal kəşfə imza atıblar.
Onlar sümük oxlarının qalıqlarını, həm də çoxkomponentli zəhərin olduğu 7500 illik sümük qutusu tapıblar.
Mütəxəssislərin apardıqları elmi təhlillər göstərir ki, bu qədim zəhərin tərkibində çox təhlükəli, həm də güclü təsirə malik kardiotoksinlər, diqitoxin və strofantidin, həmçinin tərkibində risin varlığını sübut edən risinoleik turşusu var. Bu maddələr isə qədim tayfaların mürəkkəb zəhərlərin hazırlanmasında yüksək biliyə malik olduğunu göstərir.
Bu yeni kəşf Cənubi Afrika qəbilələrinin böyük heyvanları ovlamaq, həmçinin öz düşmənlərindən qorunmaq məqsədilə zəhərlərdən istifadə etdiyini təsdiqləyir. Belə güclü təsiredici zəhərlərin tamamilə hazır hala gətirilib yaradılması prosesi isəməlum olduğu kimi, qədim bir ənənə kimi nəsildən-nəslə ötürülüb. Müdafiə və ov üçün istifadə edilən belə qarışıq tərkibli, etibarlı olduğu qədər də ölümcül, həmçinin istifadədə çox etibarlı olan mürəkkəb zəhərin necə hazırlandığı isə ancaq qəbilə üzvlərinə məlum olub, xüsusi sirr kimi qorunub.
Arxeoloqların fikrincə, tapıntının utilitar funksiyasına əlavə güc təlqin etmək məqsədilə dualar oxunanda hətta bu cür zəhərlər müəyyən şansı qazanmaqdan ötrü həmin ayinlərdə də istifadə olunub.
10.000 il əvvəl Cənubi Afrika qitəsindəki bu ərazilərdə məskən salmış insanların və hal-hazırda Cənubi Afrika Respublikasına aid olan ərazidə yaşamış qədim insanlara məxsus Kruqer mağarasından tapılan bu nadir nümunə, elmi kəşf tamamilə həmin dövrlərdəki tayfa həyatının və ənənələrin mühüm tərəflərini ortaya qoyur.
Mütəxəssislərin sözlərinə görə, yeni elmi kəşf və tutarlı sübut bir daha göstərir ki, belə ovçular, döyüşçülər, qədim dövr insanları yaşadıqları çətin mühitə uyğunlaşmaqla yanaşı, mürəkkəb texnologiyaları öyrənib sınaqdan keçirməyi və müəyyən şəraitdə savaş, ov məqsədilə istifadə etməyi belə məharətlə bacarıblar.
Oqtay QORÇU