AZ

"Reuters": "ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni yardım paketi hazırlayır"

Agentlik bildirir ki, buraya tank əleyhinə silahlar, pilotsuz təyyarələr, minalar, insan daşına bilən Stinger hava hücumundan müdafiə sistemləri daxil olacaq.
Turkustan.az xəbər verir ki, "Reuters" ötən gün bildirib ki , Vaşinqton administrasiyası Ukraynaya 725 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır .

Onun ABŞ-dakı rəsmi mənbəsinin sözlərinə görə, paketə tank əleyhinə silahlar, pilotsuz təyyarələr, minalar, insan daşına bilən “Stinger” hava hücumundan müdafiə sistemləri və HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün sursatlar daxildir. Silahlar Kiyevə ABŞ anbarlarından təhvil veriləcək.

Gözlənilir ki, Ukrayna tərəfi də kaset başlığı olan GMLRS idarəolunan raketlərlə təmin olunacaq. Agentliyin məlumatına görə, bu hərbi yardım paketinin Kiyevə ötürülməsi barədə konqresə dekabrın 2-də məlumat veriləcək. Ola bilsin ki, ABŞ administrasiyası ona hansı silahların daxil ediləcəyi ilə bağlı qərarı dəyişsin.

Bildirək ki, pentaqon keçən həftə ABŞ administrasiyasının Ukraynada piyada əleyhinə minalardan istifadəyə icazə verdiyini təsdiqləyib.
Bundan əvvəl “The Washington Post” yazıb ki, ABŞ prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünə icazə verib və bununla da onların Koreya yarımadasından kənarda istifadəsini məhdudlaşdırmaq üçün 2022-ci ildə qəbul edilmiş siyasətdən imtina edib.

Rusiya prezidenti Vladimir Putin isə vurğulayıb ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, əksinə, münaqişənin uzanmasına gətirib çıxaracaq.
Aytən Yaşar/ Turkustan.az

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ




Seçilən
3
turkustan.az

1Mənbələr