AZ

Avropa Parlamenti Kiyevə silah tədarükü üçün yeni format yaratmağı planlaşdırır

Avropa Parlamenti (AP) Avropa İttifaqına Macarıstanın blokladığı fondu əvəz edərək Kiyevə hərbi təchizatın maliyyələşdirilməsi üçün yeni format yaratmağı təklif edəcək.

Editor.az xəbər verir ki, bu barədə AP-nin saytında dərc olunan sənəddə deyilir. “Avropa Parlamenti vurğulayır ki, Avropa Sülh Fondu növbəti Avropa Şurasına qədər bloklanarsa, dərhal yeni format yaradılmalıdır”, – sənəddə deyilir. Ehtimal olunur ki, yeni alyansa yalnız Ukraynaya hərbi yardım göstərməyə hazır və qadir olan ölkələr daxil olacaq.

Bu yaxınlarda Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Macarıstan növbəti dəfə belə bir qərara veto qoyduğu üçün Avropa İttifaqının xarici işlər nazirləri Avropa Sülh Fondundan (APF) Ukraynaya maliyyə ayrılması ilə bağlı razılığa gələ bilməyiblər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr