AZ

Maskdan inanılmaz: Vindman Ukraynadan rüşvət alır

Ağ Evin Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı Aleksandr Vindman ukraynalı oliqarxlardan pul alır.

Axar.az xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask özünün X səhifəsində qeyd edib.

Maskın fikrincə, Vindman dövlətə xəyanət edib və buna görə uyğun cəza alacaq:

“Vindman ukraynalı oliqarxların maaş siyahısındadır və ABŞ-a xəyanət edib, buna görə də uyğun qiyməti ödəyəcək”.

Xatırladaq ki, bundan əvvəl Rusiya Elmlər Akademiyasının əməkdaşı, Konstantin Bloxin Maskın Vaşinqton bataqlığını "Avgiya tövlələri" kimi təmizləyəcəyini bəyan etmişdi.

Seçilən
13
axar.az

1Mənbələr