Noyabrın 27-də Pekində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Çinin xarici işlər nazirinin köməkçisi Liu Bin ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Apress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə Cənubi Qafqazdakı vəziyyətin sabitləşdirilməsində qarşılıqlı maraq və region dövlətlərinin, onların qonşularının müvafiq səylərinin vacibliyi vurğulanıb. Moldovada yaranmış vəziyyətdən narahatlıq ifadə olunub.