AZ

Trampa Rusiya və Çinə görə Qrenlandiyaya qoşun yerləşdirmək təklif olunub

ABŞ-ın sabiq milli təhlükəsizlik şurası rəhbəri Aleksandr Qrey The Wall Street Journal qəzetində dərc olunan məqaləsində seçilmiş prezident Donald Trampa Qrenlandiya ilə müqavilə bağlayaraq, adada Amerika qoşunlarını yerləşdirməyi təklif edib...

Poliqon xəbər verir ki, Aleksandr Qreyin fikrincə, bu addım Rusiyanın və Çinin Arktikada artan təsirinə qarşı ABŞ-ın mövqeyini gücləndirəcək.

Qrey qeyd edib ki, Qrenlandiya ilə belə bir müqavilə bağlanması adanın Rusiya və Çindən müdafiəsini təmin edə bilər.

"Müstəqil Qrenlandiya xarici müdafiəyə malik olmadan təhlükəli xarici qüvvələrin əhatəsində qalarsa, Qərbin təhlükəsizlik və iqtisadi maraqları təhlükə altında olacaq. Cənab Tramp "əsrin müqaviləsi"ni bağlamaq şansına malikdir", deyə o bildirib.

15 noyabrda ABŞ Sahil Mühafizəsinin əməliyyatlar üzrə komandan müavini, vitse-admiral Piter Qotye Rusiya və Çinin Arktikadakı artan təsirinin və regiondakı əməkdaşlığının ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib. O vurğulayıb ki, ABŞ kifayət qədər buzqıran gəmilərinin olmaması səbəbindən regionda mövcudluğunu təmin etmək imkanı risk altındadır və bu baxımdan Moskva və Pekindən geri qalır.

Noyabrın əvvəlində ABŞ-ın Arktika üzrə xüsusi nümayəndəsi Maykl Sfraqa da Rusiyanın və Çinin Arktikadakı əməkdaşlığını diqqətlə izlədiklərini bildirmişdi. O, bəzi addımların narahatlıq yaratdığını vurğulayıb.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr