AZ

Bakıda iyrənc mənzərə: Ət satılan soyuducuya pişik girdi - Rəsmi AÇIQLAMA

Bakıda yerləşən marketlərin birində ət məhsullarının olduğu soyuducunun içərisində pişik görünüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə görüntülə sosial şəbəkə yayılıb.

 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.

 

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb:

 

“Məsələ Agentliyin Bakı regional bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər”.

 

 

Seçilən
11
7
modern.az

8Mənbələr