Fransa nəhənginin adı gələndə artıq oyunun necə keçəcəyini təxmin etmək olur. Lakin “köhlən atlar” ilk ev qələbəsini qazanmağa çalışacaq. Bəs Ağdam təmsilçisinin doğma azarkeşlər önündə qələbə şansı nə qədərdi?
“Qarabağ”ın sabiq kapitanı Maksim Medvedevin “Football-plus.az”a cavabı:
“Əlbəttə, şanslar bərabərdi. Amma bu dəfə inanıram ki, "Qarabağ" ən yaxşı oyunlarından birini keçirəcək. Komandada hər kəs başa düşür ki, hər rəqibə qarşı rahat oynamaq olar. Çünki çox xal itirmişik. Mübarizə aparmaq lazımdı. Bunun üçün yaxşı kollektiv, təcrübəli və nəticə verə biləcək futbolçular var. Doğma meydanda oynayacağı üçün də konsentrasiya və motivasiya yüksək səviyyədə olacaq. Gözəl oyun gözləyirik. Həmin o gözəl oyun olsa, qələbə qazana bilərik. Şanslar da bərabərdi. “Lion” o qədər də qorxulası rəqib deyil. Başabaş oynamaq mümkündü. İnanıram ki, futbolçular bunu bacaracaq”.
RÖYANƏ OĞUZ